“Bakı Qış Neft Məktəbi” layihəsinin açılış mərasimi olub
Tarix: 04.03.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən "Bakı Qış Neft Məktəbi"nin açılış mərasimi keçirilib.
BANM-dən “Palitra”ya verilən məlumata görə, açılış mərasimində ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ulliş, layihə iştirakçıları və Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak edib. Mərasimi giriş nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu layihədə iştirak etmək üçün Almaniyanın Lüdviq Maksimillian Universiteti, Berlin Texniki Universiteti, Leypziq Universiteti və digər tanınmış universitetlərindən gəlmiş tələbələri ölkəmizdə və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edib.
Sonra layihə haqqında ətraflı məlumat verən E.Qasımov vurğulayıb ki, bu layihənin məqsədi bilik və təcrübələrin inkişaf etdirilməsi və paylaşılması, eyni zamanda qədim tarixə, əsrarəngiz təbiətə malik olan, Avropanın və regionun enerji təhlükəsizliyi həllində önəmli rol oynayan, artıq dünyanın enerji siyasətinin tərkib hissələrindən biri olan Azərbaycanla tanışlıqdır. Daha sonra BANM-in fəaliyyət istiqamətləri və gələcək perspektivləri haqqında məlumat verən E.Qasımov bildirib ki, bu ali təhsil müəssisəsinin yaranmasında məqsəd ölkəmizin inkişafında rol oynayacaq savadlı, yüksəkixtisaslı kadrlar yetişdirməkdir.
Tədbirdə çıxış edən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, bilik və təcrübələrin bölüşməsi, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından bu cür layihələrin həyata keçirilməsi olduqca vacibdir. Sonra Azərbaycanın neft tarixi haqqında danışan X.Məmmədov bildirib ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda hasil olmuş və ilk dəfə dənizdə neft ölkəmizdə çıxarılıb. O vurğulayıb ki, dünyanın neft tarixində azərbaycanlı mütəxəssislərin əvəzolunmaz yeri olub. Sibirdə, Hindistanda, Braziliyada neft yataqlarının tapılması məhz azərbaycanlı alimlərin adı ilə bağlıdır. Daha sonra X.Məmmədov Azərbaycanın Enerji Siyasəti və artıq transmilli şirkətə çevrilmiş Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən qlobal enerji layihələri haqqında ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fariz Rzayev öz çıxışında qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir. Bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsi olduqca önəmli məsələdir.
F.Rzayev bu məsələnin vacibliyini hər zaman diqqət mərkəzində tutan ölkə prezidenti cənab İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatları haqqında ətraflı məlumat verib.
DAAD təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Nikola Ulliş bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox önəmli məsələdir. O, təşkilat olaraq, Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info