Ədəbiyyat İnstitutu yeni ensiklopediya hazırlayır
Tarix: 04.03.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun verdiyi xəbərə görə, iclasda institutun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər barədə məlumat verib. O, elmi-tədqiqat müəssisəsində hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası” üzrə nəzərdə tutulan materialların işlənilməsi, nəşrə hazırlıq vəziyyəti barədə ətraflı danışıb. Böyük mütəfəkkir M.F.Axundzadənin yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin də qərar qəbul etdiyini və qərara əsasən müxtəlif tədbirlərin həyata keçirildiyini xatırladan İ.Həbibbəyli Ədəbiyyat İnstitutunda hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik dahi mütəfəkkiri Azərbaycan ədəbiyyatının nadir simalarından biri kimi səciyyələndirərək nəşri nəzərdə tutulan ensiklopediyanın də onun adına layiq olacağını diqqətə çatdırıb. İ.Həbibbəyli ensiklopediyanın hazırlanması işində əldə olan qaynaqlardan yalnız mənbə kimi istifadə edilərək yenidən yazılmasını, ölkədəki mövcud sənədlərlə bərabər Gürcüstan və Rusiya arxivlərində də bu məqsədlə aparılacaq işin vacibliyini bildirib. Bununla bağlı yaradılan işçi qrupuna lazımi göstəriş, tapşırıq və tövsiyələr verilib, tapşırıqların icra müddəti müəyyənləşdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info