Krımda heç bir hərbi hissə Rusiya hərbçilərinə təslim olmayıb
Tarix: 04.03.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Heç bir hərbi hissə, heç bir qarnizon və ya gəmi rusiyalı hərbçilərin silahı yerə qoymaq və qondarma "Krım hökuməti"nə and içmək ultimatumunu yerinə yetirməyib”. Bu barədə Sevastopoldakı Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) komandanlığının nümayəndələri bildiriblər. Məlumata görə, bu xəbəri UNİAN yayıb.
Ukrayna HDQ-nin keçmiş komandanı Denis Berezovskinin xəyanəti faktından başqa, Krımdakı ukraynalı hərbçilərin fərarilik halları da qeydə alınmayıb. Bununla yanaşı, Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyevin sözlərinə görə, martın dördünə keçən gecə hərbi hissələrə hücum qeydə alınmayıb. Hərçənd ki, hərbi hissələr ətrafında vəziyyət gərgin olaraq qalır. Sevastopolda Ukrayna HDQ qərargahı və Simferopolda Ukrayna HDQ Sahil qoşunlarının qərargahı yanında Rusiyayönlü fəalların və "özünümüdafiə" dəstələrinin sayı artıb.
Habelə Sevastopolda "Slavutiç" və "Ternopol" gəmilərinin, eləcə də xüsusi dəniz əməliyyatları bölmələrinin dislokasiya olunduqları Strelets buxtasına iki avtobus silahlı adamın gəldiyi bildirilir. Buxtanın Rusiyanın üzən vasitələri tərəfindən mühasirəsi davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Pakistan Kəşmir mövzusunda beynəlxalq ictimaiyyətə çağırış edib
23.08.2019
BMT TŞ ABŞ-ın qadağan edilmiş raket sınaqları məsələsini müzakirə etdi
23.08.2019
BMT-nin Hindistan hökumətinə çağırışı
23.08.2019
“Türkiyənin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarışı qətiyyətlə davam edəcək“
23.08.2019
Kanada Rusiyanın G7-yə qoşulmasına qarşı çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info