Yeni qızılgül sortları əldə edilib
Tarix: 04.03.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov qızılgüllərin hibridləşməsi və seleksiyası üsulu ilə yeni sortlar əldə edilib. Akademiyadan bildiriblər ki, Azərbaycanda gülçülüyün inkişafı məqsədilə keçən əsrin 70-ci illərindən başlayaraq ölkədə yayılan və xaricdən gətirilən Rosa L. cinsinin müxtəlif bağ qruplarına mənsub olan növ və sortlarının Mərkəzi Nəbatat Bağında kolleksiyasının toplanılaraq elmi əsaslarla öyrənilməsi və introduksiyası həyata keçirilir. 2006-cı ildən həmin kolleksiyada hibridləşdirmə və seleksiya üsulu ilə istiliyə və quraqlığa davamlı, bol və fasiləsiz çiçəkləyən, müxtəlif çeşidli və rəngarəng çalarlı, eyni zamanda, xəstəlik və ziyanvericilərə qarşı dözümlü olan yerli qızılgül sortları yetişdirilməyə başlanılıb. İlk dəfə olaraq Azərbaycanda uğurlu hibridlərdən əldə edilmiş yeni “Əsrin müqaviləsi”, “Sarı gəlin” və “Nazpəri” qızılgül sortları sınaqdan keçirilərək bitki siyahısına alınıb, Asəf İsgəndərova müəlliflik şəhadətnaməsi verilib. Son vaxtlarda daha 9 yeni qızılgül sortu əldə edilib. Bu sortlara “Sənsiz”, “Nizami Gəncəvi”, “Odlar Yurdu”, “Şərqin səhəri”, “Abşeron simfoniyası”, “Köhnə Bakı”, “Qaragilə”, “Sarıköynək”, “Ulduzlu Xəzər” adları verilib. Alınmış sortların tezliklə Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda bağın qızılgül kolleksiyasında 500-dən artıq növ və sortlar üzərində müşahidələr aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info