“Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir”
Tarix: 04.03.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xəzər Universitetində "Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti"adlı məruzə ilə çıxış edib. Universitet tələbələrinin iştirak etdiyi tədbirdə səfir əvvəlcə təmsil etdiyi ölkənin siyasi ənənələri barədə danışıb. O həmçinin ölkənin xarici siyasəti və onun əsas məqsədlərindən söhbət açıb. Məruzədə İ.Siddiq Ukraynada və digər ölkələrdə müşahidə olunan qeyri-stabil vəziyyətlərə də toxunub. Azərbaycanla əlaqələr barədə danışan İ.Siddıq deyib ki, Böyük Britaniya Azərbaycanla, xüsusi ilə enerji və iqtisadi sahələrdə güclü əlaqələrə malikdir. O əlavə edib ki, Azərbaycanda Britaniya şirkətləri fəaliyyət göstərir və onlar son illər ərzində bu ölkənin inkişafına kömək ediblər: "Əlaqələrimiz əladır. Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçidir. Bu, həm Azərbaycan, həm də Britaniya üçün faydalıdır".
Səfir əlavə edib ki, çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır: "Eyni zamanda, çoxsaylı azərbaycanlı turistlər də Britaniyanı ziyarət edirlər. Biz viza sistemini də dəyişdik ki, onu daha da təkmilləşdirək. Çünki ildən-ilə daha çox azərbaycanlı turist Britaniyaya səfər edir".
Diplomat Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir və bu torpaqlar Azərbaycana qaytarılmalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info