“Qazprom” Ukraynaya qaz satışındakı güzəşti ləğv edib
Tarix: 04.03.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


“Qazprom” 2014-cü ilin aprel ayından etibarən Ukraynaya qaz satışındakı bütün güzəştləri ləğv etmək qərarına gəlib. “RİA-Novosti” xəbər verir ki, bu haqda şirkətin rəhbəri Alekesey Miller baş nazir Dmitri Medvedevlə görüşdə məlumat verib. Miller baş nazirə bildirib ki, ukraynalı həmkarları güzəştlə bağlı imzalanan müqavilənin şərtlərinə əməl etmirlər. Ona görə də aprel ayından etibarən qaz müqaviləsində nəzərdə tutulan bütün güzəştlər ləğv ediləcək. Miller qeyd edib ki, Ukraynanın mavi yanacağa görə Rusiyaya 1,549 milyard dollar borcu var. “Bu şərtlər daxilində güzəştlərin ləğv edilməsi tamamilə əsaslı və hüquqidir” - deyə Medvedev bildirib. Qeyd edək ki, 2013-cü ildə “Naftoqaz Ukraina” Rusiyadan qazı min kubmetr üçün 400 dollara alıb. Dekabrdan etibarən Rusiya qazın güzəştli şətrlə satışan razılıq verib və Kiyev qazı 268,5 dollara almağa başlayıb. Həmin vaxt razılıq əldə edilmişdi ki, 2013-cü il üçün yaranan 2,634 milyardlıq borc yanvarın 25-nə qədər ödəniləcək. Ukrayna tərəfi fevralın 14-nə olan məlumata görə, “Qazprom”a 1,28 milyard dollar ödəmə edərək, qalan məbləğin 15 aprelə qədər ödənilicəyini qeyd edib. Tərəflər arasında imzalanan müqaviləyə görə, güzəştlə bağlı hər kvartalın ilk ayının 1-də yeni müqavilə imzalanmalıdır. Rusiya bu müqaviləni apreldə ləğv edəcəyindən Ukrayna daha ucuz qiymətə qaz ala bilməyəcək. Çox güman ki, Moskva qazı yenə də köhnə qiymətə – 400 dollara təklif edəcək. Büdcəsi boşalan Ukrayna bu qiymətə qazı ala biləcəkmi?

Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info