Ermənistanda işçi qüvvəsinin 25 faizi və işsizlərin 27 faizini ali təhsillilər təşkil edir. Bu haqda 2013-2014-cü illər üzrə Ermənistanda rəqabətqabiliyyəti ilə bağlı milli hesabatda məlumat verilib. “Tert.am” ekspert Manuk Herqnyana istinadən bildirir ki, Ermənistanda əhalinin 50 faizi savadlıdır. Onun sözlərinə görə, işsizlər arasında ali təhsilli şəxslərin faiz göstəricisi təxminən dünya standartlarına uyğundur: “Ermənistanda qəribə hal müşahidə edilir. Belə ki, işsizlər arasında ali təhsilli şəxslərin sayı sürətlə artır. Bu isə “formal mövcudluqdan” xəbər verir. Yəni, diplom ölkədə müəyyən sosial statusu göstərmək üçün “alət” rolunu oynayır”. Ermənistan Milli Stastika Xidmətinin yaydığı məlumata görə, ölkənin xarici dövlət borcu 2013-cü ildə 4,4 faiz artıb. Təkcə yanvar ayında dövlət borcunda 5,6 milyon dollarlıq artım qeydə alınıb. 2014-cü ilin yanvar ayının sonuna olan məlumata görə, Ermənistanın ümumi dövlət borcu 4 milyard 590 milyon dollar təşkil edib.
Anar
|