Türkiyə ilə informasiya sahəsində əlaqələr genişləndiriləcək
Tarix: 04.03.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun martın 4-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
AzərTAc-ın baş direktoru Aslan Aslanov görüşdə ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik qardaşlıq əlaqələrindən danışmış, bu münasibətlərin inkişafında milli xəbər agentliklərinin rolunu vurğulayıb.
Səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. AzərTAc ilə Türkiyənin Anadolu Agentliyi arasında yaxın əlaqələrin olduğunu söyləyən baş direktor hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbulunda Anadolu Agentliyinin dəstəyi xüsusi vurğulanıb. Həmçinin agentliklərimizin uğurlu əməkdaşlığının türkdilli xalqlar arasında mətbuat sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Türkiyənin və Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu deyən səfir İsmayıl Alper Coşqun ölkəmizin sürətli inkişafından məmnunluq duyduğunu bildirib. Əməkdaşlığın bütün sahələrdə dinamik inkişafından danışan diplomat Azərbaycanın artıq Türkiyəyə ən çox xarici sərmayə yatıran ölkəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və digər layihələr ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin inkişafının bariz nümunəsidir.
Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edən İsmayıl Alper Coşqun milli xəbər agentliklərimiz arasındakı sıx əməkdaşlığın bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə qardaş ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info