“Reuters”: “Çin bəyan edib ki, ABŞ-dan borclarını qızılla alacaq”
Tarix: 04.03.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


"Die Welt": “Putin sübut etməyə çalışır ki, tarixi dəyişə bilər”

Almaniya nəşri olan "Die Welt" nəyə görə Krımın Rusiya üçün belə əhəmiyyət kəsb etdiyi barədə maraqlı yazı yazıb. Bu media orqanı tarixi məqamlara da aydınlıq gətirib. Qeyd edilir ki, Krım Vladimir Putin üçün təkcə yarımadanın strateji vəziyyəti baxımından vacib deyil. Yarımada Rusiya tarixi ilə sıx bağlı olduğu üçün Putin ondan imtina edə bilməz: “Vladimir Putin güclü təəssüratlar yaratmağı sevir. O, 2009-cu ildə, baş nazir olarkən bütün ölkənin gözü qarşısında Qara dənizə baş vurdu və buradaca arxeoloji sensasiya yarada bildi – o, dənizdən hər iki əlində antik amfora tutmuş halda çıxdı. Bu barədə şəkillər ikili məna daşıyırdı: Bir məna o idi ki, Rusiya möhkəm əllərdədir, ikincisi, bu əllər uzundur və isti, sivilizasiyalı dənizlərə də çatır...”.
Daha sonra qeyd edilir: “Putinin əllərində tutduğu amforada Krımla Don və Volqa arası çöllərin – yəni indiki Rusiyanın mədəni əlaqələri simvolizə olunubmuş”.
Məqalə müəllifi daha sonra qeyd edir: “Bu gün Putin öz ordusunun döyüş hazırlığı barədə hesabat alır, onun üçün təkcə Krımın bir yer kimi strateji əhəmiyyətindən söz getmir. Yarımada öz paytaxtı və Sevastopolla Rusiya üçün həm də böyük milli mif hesab edilir. Buradan rus çarları soyuq dənizlərə yollar açıblar, burada onların əsgərləri ingilis və fransız ekspedisiya ordularına, Ağ Qvardiyaya və onun müttəfiqlərinə və nəhayət, alman-faşist ordularına qarşı dayanıblar. Krımdan pravoslav monaxları keçərək Kiyev Rusuna xristianlığı gətiriblər. Məhz burada Moskva barəsində “Üçüncü Roma” mifi yaradılıb. İki yüz ildən artıq bir müddətdə isə burada Rusiya imperiyasının hakimiyyəti bərqərar olub. Bu mənada isə burada heç nə dəyişməyib”.
Qeyd edilir ki, Krım və onun arxasınca uzanan çöllər 18-ci əsrin sonunda avropalılar üçün onlara uzaq Rusiyanın nə dərəcədə əsl dövlətə çevrilməsinin bir simvoluna çevrildi. Bunun “qanuni” başlanğıcına “Qızıl Orda” torpaqlarının və onun bir hissəsi olan Krım tatarları xanlığının birləşdirilməsi xidmət etmiş oldu. Belə olduğu halda, çarlar 300 il öncə hakimiyyəti altlarından çıxdıqları monqol-tatarların ənənələrini davam etdirməyə başladılar.
1783-cü ildə isə knyaz Qriqori Potyomkin öz sevgilisi 2-ci Yekaterina adından yarımadanı alıb. Bundan sonra isə çariça “böyük” titulunu alıb. Çünki o, Birinci Pyotrun yalnız arzulaya bildiyi bir şeyi etdi – cənuba tramplin quraşdırdı”.
Bütün bunlardan başqa, tarixin sonrakı gedişində Rusiyanın tarix boyu Krımı qorumaq uğrunda mübarizəsindən, Birinci və İkinci Dünya müharibələrində Krım uğrunda baş verən savaşlardan yazır. Daha sonra Stalindən sonra SSRİ rəhbəri olmuş Xruşşovun hazır bir şəkildə Krımı Ukraynaya bağışlamasından bəhs edilir: “İndi isə görünür ki, Putin dünyaya sübut etməyə çalışır ki, o, arxeoloq kimi, tarixi dəyişməyə qadirdir”.

ABŞ Rusiya ilə ticarət və investisiya əlaqələrini kəsir

Bu arada “Reuters” xəbər verir ki, ABŞ Rusiya ilə bütün ticarət və investisiya danışıqlarının dayandırıb. Bu barədə məlumat verərkən, ölkənin ticarət nümayəndəliyinin idarəsinə istinad edilib. Qeyd edilir ki, buna səbəb Ukraynada baş verən böhrandır. ABŞ-ın adıçəkilən ticarət müəssisəsinin mətbuat xidmətindən bildirilib: “Biz Rusiya hökuməti ilə bu sahədə aparılan danışıqları dayandırmışıq. Əvvəl isə Rusiya ilə daha dərin kommersiya və ticarət əməkdaşlığı qurmaq üçün danışıqların davam etdirilməsi nəzərdə tutulurdu”. Daha əvvəl isə məlum olub ki, ABŞ Ukraynada baş verən böhrana görə Rusiya ilə hərbi əməkdaşlığı da dayandırıb. Bununla yanaşı, Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bildirib ki, Putin hələ Ukraynada ordu tətbiq etmək barədə qərar qəbul etməyib.
Onu da qeyd edək ki, ABŞ Dövlət Departamentinin ruslara aktivləri dondurmaq barədə xəbərdarlığının ardınca Çindən ABŞ-a xəbərdarlıq edilib. Çin Xalq Respublikası bəyan edib ki, ABŞ-dan borcların qızılla qaytarılmasını tələb edəcək.
Çin bununla açıq şəkildə Rusiyanın müttəfiqi kimi çıxış edir.
Bundan başqa, Çin BMT Təhlükəsizlik Şurasının Rusiyaya qarşı olan istənilən qərarına veto qoymaq hüququna malikdir.
Qeyd etmək lazımdır ki, Çinin borc təhdidi ABŞ üçün kifayət qədər ciddidir. Belə ki, hazırda ABŞ-ın qızıl ehtiyatları onun borclarını ödəmək üçün kifayət etmir. Bundan başqa, Çin liderləri Türkiyə ilə də danışıqlar aparıblar və onunla danışıblar ki, NATO gəmilərini Bosfor boğazından buraxmasın. Bu informasiyanı Çin tərəfdən hələ şərhləndirməsələr də, rus KİV-ləri bu barədə yazırlar.
Qeyd edək ki, Çinin geopolitik məsələdə Rusiyanı müdafə etməsi birinci dəfə deyil. Belə ki, Suriya məsələsində də Çin Rusiya ilə eyni mövqedən çıxış etmişdi.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info