YAP-a yeni üzvlər qəbul olunub
Tarix: 04.03.2014 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Muxtar Respublikanın 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının rəhbərliyi ilə keçirilən elmi konfransda rektor, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək 1992-ci ildə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan Yeni Azərbaycan Partiyasının siyasi uğurlarından bəhs etdi. Qeyd olundu ki, qısa bir zamanda milli həmrəyliyə nail olan və xalqın rəğbətini qazanan partiya, müstəqil Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayıb. Konfransda YAP universitet ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov “Qədim diyar, Naxçıvan yurdu” mövzusunda məruzə edərək, 5000 illik tarixə malik Naxçıvan şəhərinin-qədim və zəngin mədəniyyətə malik diyarın dövlətçilik tarixindən, XX əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyevin muxtar respublikada milli oyanışın və milli-demokratik hərəkatın simvoluna çevrilməsindən danışdı. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunması ilə bağlı 14 yanvar 2014-cü il tarixli sərəncamının əhəmiyyətindən, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunmasından bəhs edən məruzəçi Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalmasında, siyasi təhlükəsizliyinin, ərazi bütövlüyünün qorunmasında muxtariyyət statusunun, 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələrinin rolundan, regionun müasir tərəqqisindən danışdı. Sonra universitet YAP Gənclər Təşkilatının hesabatı dinlənildi. Təşkilatın sədri, Fransız dili müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Aytən İsmayılova bildirdi ki, YAP-ın Azərbaycanın dinamik inkişafı istiqamətində həyata keçirdiyi siyasət gənclər tərəfindən də birmənalı şəkildə dəstəklənir. Təsadüfi deyil ki, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının 2347 nəfər üzvünün 40 faizini gənclər təşkil edir. Bu yaxınlarda 235 nəfərin partiya sıralarına üzv olmaq üçün ərizə ilə müraciət etməsi ziyalı gənclik arasında partiyanın nüfuzunun daha da artığını bir daha təsdiqləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar müəllim, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov partiyanın ziyalı, vətənpərvər gəncliyin inkişafındakı müstəsna rolundan, qarşıda duran vəzifələrdən danışdı. Konfransda YAP sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olundu. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Ali Məclisin deputatı Elman Cəfərli partiya sıralarına yeni qəbul edilənləri təbrik edərək onlara dahi öndər Heydər Əliyevin həyat və fəaliyyətini, partiyanın tarixini, nizamnamə və qərarlarını daha dərindən öyrənməyi tövsiyə etdi. Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin möhkəmlənməsində, ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılmasında və təbliğində, ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinin müdafiəsi istiqamətində bundan sonra da qətiyyətlə fəaliyyət göstərəcək.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info