“Azərbaycan Almaniya şirkətləri üçün cəlbedici bazara çevrilməkdədir”
Tarix: 04.03.2014 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Orta və Şərqi Avropa ölkələri ilə müqayisədə Almaniya ilə ticarət balansında ən yüksək göstəriciyə nail olub. Bu barədə Azərbaycanın Almaniya Federativ Respublikasının Baden-Vörtemmberq torpağındakı fəxri konsulu Otto Hauzerin bəyanatında deyilir. “Ticarət əlaqələrinin artımı iki ölkə arasında olan güclü iqtisadi və siyasi əlaqələrə bağlıdır” - deyə Otto Hauzer qeyd edib.
Almaniya Federal Statistika İdarəsinin 2013-cü ilin nəticələri ilə bağlı hesabatında qeyd olunur ki, AFR ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2013-cü ildə (2012-ci il ilə müqayisədə) 31.2% artaraq 3.2 mlrd. avro təşkil edib. Azərbaycan etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, alman şirkətləri üçün cəlbedici bazara çevrilməkdədir. İnvestisiya qoyuluşlarının, habelə Almaniya - Azərbaycan iqtisadi əlaqələrinin həcminin artırılması üçün geniş imkanların olduğunu deyən fəxri konsul qeyd edib ki, iki ölkə şirkətlərlərinin əməkdaşlağının inkişafında Fəxri Konsulluğumuzun müstəsna xidmətləri var. Qeyd edək ki, 2010-cu ildən Azərbaycanın Almaniyanın Baden-Vörtemmberq torpağındakı fəxri konsulluğu Almaniya - Azərbaycan iqtisadi əlaqələrinin Ştutqart şəhərində təmsilçisi kimi fəaliyyət göstərir. Konsulluq həm də Azərbaycanda peşə təhsilinin yaradılması ilə bağlı layihədə iştirak edir və viza rəsmiləşdirilməsi məsələlərində köməklik göstərir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info