“Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir”
Tarix: 04.03.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Xəzər Universitetində "Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti"adlı məruzə ilə çıxış edib. Universitet tələbələrinin iştirak etdiyi tədbirdə səfir əvvəlcə təmsil etdiyi ölkənin siyasi ənənələri barədə danışıb.
O həmçinin ölkənin xarici siyasəti və onun əsas məqsədlərindən söhbət açıb. Məruzədə İ.Siddiq Ukraynada və digər ölkələrdə müşahidə olunan qeyri-stabil vəziyyətlərə də toxunub. Azərbaycanla əlaqələr barədə danışan İ.Siddıq deyib ki, Böyük Britaniya Azərbaycanla, xüsusi ilə enerji və iqtisadi sahələrdə güclü əlaqələrə malikdir. O əlavə edib ki, Azərbaycanda Britaniya şirkətləri fəaliyyət göstərir və onlar son illər ərzində bu ölkənin inkişafına kömək ediblər: "Əlaqələrimiz əladır. Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçidir. Bu, həm Azərbaycan, həm də Britaniya üçün faydalıdır".
Səfir əlavə edib ki, çoxlu sayda azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır: "Eyni zamanda, çoxsaylı azərbaycanlı turistlər də Britaniyanı ziyarət edirlər. Biz viza sistemini də dəyişdik ki, onu daha da təkmilləşdirək. Çünki ildən-ilə daha çox azərbaycanlı turist Britaniyaya səfər edir".
Diplomat Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir və bu torpaqlar Azərbaycana qaytarılmalıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info