“Sovetski”nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edir
Tarix: 04.03.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Son zamanlarda paytaxt Bakının gözəlləşdirilməsi, müasir infrastruktur yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin malik olduğu iqtisadi qüdrətin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, son illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Bakının “Sovetski” məhəlləsində həyata keçirilməsi nəzərdə tutulan işləri də bu kontekstdə dəyərləndirmək lazımdır.
Bəzi qüvvələrin bu məsələdən istifadə edərək süni narazılıq və ajiotaj yaratmaq səyi əbəsdir. Çünki dövlətin məqsədi həmin ərazidə gözəl və müasir istirahət mərkəzləri, yol qovşaqları yaratmaqdır. Heç bir vətəndaşın evindən məcburi şəkildə çıxarılmasından söhbət gedə bilməz. Dövlət vətəndaşlara bazara uyğun qiymət təklif edib. Həmin qiymətlə razılaşmayan insanlar köçürülməyəck və evlərində qalmağa davam edəcəklər. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da açıqlamasında bildirib ki, "Sovetski"nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir. Millət vəkili qeyd edib ki, "Sovetski" biznes, ticarət və yaxud orada ev tikilib satılması məqsədilə sökülmür: "O ərazidə yolların salınması, yeraltı avtomobil dayanacaqlarının tikilməsi, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi və uşaqların gəzməsi üçün parkların salınması nəzərdə tutulur. Yəni burada söküntü işləri gəlir məqsədi daşımır, əksinə, vətəndaşların vaxtını yaxşı keçirməsi, dincəlməsi, şəhərin genişləndirilməsi, gözəlləşdirilməsi məqsədi daşıyır". Millət vəkili bildirib ki, həmin ərazidə küçələrdə hərəkət etmək mümkün deyil, daim tıxaclar olur: "Şəhərin mərkəzi hissəsində belə problem yaranırsa, bu, şəhərin qalan yerlərinə də təsir göstərir. Bu, yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir". S.Novruzov əlavə edib ki, bu ərazinin sökülməsi ilə bağlı hələlik araşdırmalar, inventarlaşdırma gedir: "Hələ burada konkret sökülmə ilə bağlı fəaliyyətə başlanmayıb. Burada, həmçinin qiymətləndirmə aparılır. Qiymətləndirmə onunla əlaqədər aparılır ki, həmin ərazidə tikilən yeni binalarda qiymətlər müəyyənləşdirilir və buna uyğun olaraq qiymət müəyyən edilir. Tutaq ki, həmin ərazidə yeni tikilmiş binalarda mənzilin kvadratmetri təqribən 1430 manat, 1350 manat, bəzi yerlərdə isə 1200 manat civarındadır və bunun da ekvivalentində hökumət müəyyənləşdirib ki, bu məsələ bazar qiyməti ilə tənzimlənir və bazar qiyməti də 1500 manat müəyyən olunub". Millət vəkilinin sözlərinə görə burada bir neçə məsələ ortaya çıxır ki, bunlar da müzakirə olunub həll olunmalıdır: "Orada bəzi insanların yaşadığı sahə çox kiçikdir, yəni bir ailə 10-15 kvadratmetrlik mənzildə yaşayır. Bunların da aldığı vəsaitlə həmin ərazidə və yaxud yaxın ərazilərdə hər hansı mənzil almaq mümkün deyil. Çünki yeni tikilən binalarda 10-15 kvadratmetrlik mənzil yoxdur. Yəni burada obyektiv və subyektiv səbəblər var. Hazırda Nazirlər Kabineti də bu işlə bağlı danışıqlar aparır və məsələnin həlli yolları araşdırılır".
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info