Rayonlarda əhali pulsuz tibbi müayinədən keçirilir
Tarix: 04.03.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına əsasən tədbirlər davam edir. Artıq bir neçə gündür həyata keçirilən proses ölkənin müxtəlif bölgələrində reallaşdırılır. Ölkə başçısının tapşırığı Xəzər rayonunun 30 min sakininə xidmət göstərən 14 nömrəli birləşmiş şəhər xəstəxanasında da uğurla icra olunur.

Bu barədə xəstəxananın baş həkimini əvəz edən Nailə Qarayeva məlumat verib. O deyib ki, ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxanada fevralın 17-dən indiyədək 1112 nəfər yoxlanılıb. Müayinə olunanların 179-da müxtəlif xəstəliklər aşkarlanıb. Onların 17-si stasionar müalicəyə cəlb olunub. N.Qarayeva sakinlərin əsasən göz xəstəliklərindən əziyyət çəkdiklərini diqqətə çatdırıb. Bildirib ki, xəstəlik aşkarlanan sakinlərin 59-da göz xəstəliyi, 2-də infarkt, 1-də şəkərli diabet, hətta 1 nəfərdə suçiçəyi aşkar edilib. Bu isə ölkə başçısının tapşırığı əsasında vətəndaşların icbari tibbi müayinədən keçirilməsi aksiyasının böyük əhəmiyyətini göstərir. Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə dövlət başçısının bu humanist addımından razılıqlarını bildiriblər.
Sürücü Fələk Məmmədov isə deyib ki, digər rayon sakinləri kimi bütün müayinələrdən keçib: “Xəstəxananın təcrübəli həkimləri onurğa sütunumda yırtıq aşkar etdilər. İndi məni stasionar müalicəyə göndərirlər. Bizim kimi sadə insanların sağlamlıqlarının qeydinə qaldığına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”.
Əhalinin tibbi müayinədən keçirilməsi Füzuli rayonunda da uğurla davam etdirilir.
Rayonda bu məqsədlə xüsusi komissiya yaradılmış, tibb ocaqlarında iş qrafiki tərtib edilib. Rayon mərkəzi xəstəxanasının baş həkimi Soltan Əliyev bildirib ki, sakinlər mərkəzi xəstəxana ilə yanaşı, Horadiz, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, həmçinin Füzuli tibb mərkəzində müayinədən keçirilir. Qrafikə əsasən ilkin olaraq rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar müayinə olunurlar. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanı olmayan sakinlərə yerlərdə xidmət göstərirlər. Fevralın 17-dən indiyədək 9500 sakin tibbi müayinədən keçirilib. Onlardan 119 nəfəri mərkəzi rayon xəstəxanasında stasionar müalicəyə cəlb edilib, 37 nəfər isə respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Horadiz şəhər xəstəxanasında tibbi müayinədən keçən rayon vergilər şöbəsinin müdiri Rəşad Hacıyev müsahibəsində deyib ki, son illər ölkəmizdə gedən iqtisadi tərəqqi bütün sosial sahələr kimi, səhiyyənin inkişafına da güclü təkan verib. Hər bir regionda müasir standartlara cavab verən səhiyyə müəssisələri fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi əhalinin sağlamlığına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Müayinədən keçən rayon sakinləri Razi Behbudov və Ziyadxan Səfərov əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasında mühüm əhəmiyyət kəsb edən humanitar aksiyanı yüksək qiymətləndirib, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Prezident İlham Əliyevin əhalinin kütləvi tibbi müayinədən keçirilməsinə dair tapşırığı olduqca humanist bir addımdır. Mən və ailə üzvlərim bu imkandan istifadə edərək şəhər poliklinikasında həkim müayinəsindən keçdik. Şükürlər olsun ki, səhhətimizdə ciddi bir problem aşkarlanmadı. Bu sözləri müsahibəsində Göygöl rayon musiqi məktəbinin direktoru Nuranə Quliyeva deyib. O daha sonra qeyd edib ki, bu aksiya insanları riqqətə gətirməklə yanaşı, hər kəsdə heç olmasa ildə bir dəfə tibbi müayinədən keçməyin vacibliyi barədə fikir formalaşdırıb. Söz yox ki, bu aksiyanın təşəbbüskarı hörmətli Prezidentimiz İlham Əliyevdir. Odur ki, insanların sağlamlığının qayğısına bu cür yüksək səviyyədə qalan dövlətimizin başçısına hamılıqla minnətdarıq.
Naftalanda da əhalinin tibbi müayinədən keçirilməsi yüksək səviyyədə təşkil olunub. Naftalan Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bunun üçün şəhər poliklinikası lazım olan tibbi ləvazimatlarla təmin edilib, müayinələrə gələ bilməyən sakinlərə evlərində səhiyyə xidməti göstərilməsi üçün həkim briqadası yaradılıb. Aksiya müddətində 7 min 349 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub ki, onlardan da 2 min 136 nəfəri həkimlərin qəbulunda olub, öz sağlamlıq durumları barədə məlumat əldə edib. Hazırda tibbi müayinələr mütəşəkkilliklə davam etdirilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info