Yuan qlobal iqtisadiyyatda dolları keçməyə çalışır
Tarix: 04.03.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Çinin milli valyutası yuan tezliklə dünyanın əsas ehtiyat valyutalarından birinə çevrilə bilər. Dünyanın əsas analitik və konsaltinq təşkilatlarından olan “Economist Intelligence Unit” və “State Street” mütəxəssisləri tərəfindən keçirilən tədqiqatlar bunu deməyə əsas verir .
Tədqiqat müəllifləri 200-dən artıq institusional investorun rəhbərləri arasında sorğu keçiriblər. Respondentlərin yarıdan çoxu firmalarının Çində (Honq Konq və Tayvan də daxil olmaqla), qalan çox az hissəsi isə ölkə xaricində yerləşdiyini etiraf ediblər. Sorğu ilə müşayiət olunan hesabatda qeyd edilir ki, 2013-cü ilin sonuna kimi yuan yüksələrək dünyanın ikinci valyutasına çevrilib. Bildirilir ki, son illər yuan ticarət və maliyyə əməliyyatlarında istifadə olunan aparıcı valyutalar sırasında duruş gətirə bilib. Sorğuda iştirak edənlərin 53%-i əminliklə bildiriblər ki, tezliklə yuan dolları ötüb, beynəlxalq fond ehtiyatları sırasında önəmli rol oynayacaq. Mütəxəssislər bunu Çinin iqtisadi artım təsiri, ölkə tərəfindən milli valyutanın (yuananın) ciddi tənzimlənməsi və ABŞ iqtisadiyyatının tədrici tənəzzülü ilə əlaqələndirirlər. Qeyd edək ki, bu fikirlərə etiraz edənlər də var. Amma onlar sorğuda iştirak edənlərin çox az (11%-ni) hissəsini təşkil edirlər. Onlar iddia edirlər ki, bir çox ölkə sakinləri öz pullarını yuan kimi ehtiyat valyuta formasında saxlamağa risk etmirlər, dollar və ya avroya üstünlük verirlər. Ekspertlərin bir qismi isə yuanın dolları qabaqlamasının mümkünlüyü barədə bədbin fikirlər dilə gətirirlər: “Çin hökuməti və müxalifəti ABŞ, AB və Yaponiya kimi iqtisadi nəhənglərin onlara qarşı gələcək siyasəti barədə narahat ola bilərlər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info