Obamadan Ukrayna açıqlaması
Tarix: 05.03.2014 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Barak Obama bəyan edib ki, Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir. Bu barədə “RİA Novosti” xəbər yayıb. Obama Virciniyadakı şəxsi mülkündə seçkiqabağı ianə yığımı üzrə tədbirdə deyib: "Ola bilsin ki, biz sonrakı bir neçə gün və ya həftə ərzində gərginliyin azalmasına nail ola bildik. Lakin bu, gərgin vəziyyətdir və biz buna çoxlu vaxt sərf edirik". ABŞ Prezidentinin sözlərini onun mətbuat xidməti yayıb. Bununla yanaşı, Obama Rusiyanı "Ukrayna xalqına güc metodu ilə təsir etmək" cəhdində günahlandırıb.
Eyni zamanda, ABŞ Prezidenti Ali Radanın hakimiyyətdən kənarlaşdırdığı Viktor Yanukoviçin demokratik yolla seçildiyi faktı ilə razılaşıb. Lakin, Obamanın sözlərinə görə, Ukraynada bir çoxları Yanukoviçin dövlət başçısı səlahiyyətlərini yaxşı icra etdiyini hesab etmirdilər. ABŞ Prezidenti bildirib ki, Birləşmiş Ştatların Ukraynadakı hadisələrin inkişafında birbaşa əli olmayıb: "Ukraynada böhran onun (Yanukoviçin) sazişi imzalamamaq qərarı ilə bağlı idi. Bu saziş ölkə iqtisadiyyatını azacıq Qərbə tərəf yönləndirə bilərdi. Bu, nəzarət altından çıxdı və biz ilkin olaraq ölkə daxilində zorakılığın qarşısının alınmasında iştirak etdik və buna nail olduq".
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədənkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info