Azərbaycan-Böyük Britaniya münasibətləri mövzusunda diplomatik forum
Tarix: 05.03.2014 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və London Diplomatiya Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü ilə akademiyada “Azərbaycan-Böyük Britaniya münasibətləri” mövzusunda diplomatik forum keçirilib. Forumda müxtəlif universitetlərdən tələbələr ilə yanaşı, akademiyanın professor-müəllim heyəti də iştirak edib.
Tədbirə məruzəçi qismində dəvət olunmuş Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı siyasi, iqtisadi, mədəni və başqa sahələrdəki sürətlə inkişaf edən əlaqələrin əhəmiyyətini ətraflı təhlil edib. Bildirilib ki, ölkələrimiz arasındakı münasibətlərin əsası ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri ilə qoyulub, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərləri ilə qarşılıqlı əlaqələr daha da gücləndirilib. 2013-cü ilin sonlarında Azərbaycanın və Birləşmiş Krallığın xarici siyasət idarələri başçılarının qarşılıqlı səfərləri də əlaqələrin inkişafına müsbət təsir göstərib.
Azərbaycanlı diplomat Birləşmiş Krallıqda fəaliyyət göstərən diaspor təşkilatlarımız haqqında məlumat verib, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində Azərbaycanın böyük əhəmiyyətini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Qurbanov problem haqqında obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində rəsmi Bakının atdığı addımlardan bəhs edib, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini diqqətə çatdırıb.
F.Qurbanov iki ölkə arasındakı münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Məruzədən sonra F.Qurbanov gələcəkdə diplomat olmağı arzu edən tələbələrə bu peşənin çətinlikləri və üstünlükləri haqqında məlumat verib. Daha sonra səfir dinləyicilərin suallarını cavablandırıb. Azərbaycanlı diplomatın məruzəsi iştirakçılarda böyük maraq doğurub. Sonda akademiyanın kitabxanasına ölkəmizin mədəniyyəti, adət-ənənələri və turizm imkanlarından bəhs edən, həmçinin Azərbaycan ilə bağlı elmi kitablar hədiyyə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info