“Narkomanlığa və narkobiznesə qarşı mübarizədə QHT-lərin rolu artırılmalıdır”
Tarix: 05.03.2014 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2013-2018-ci illər)”-nın icrası ilə əlaqədar Azərbaycan Milli QHT Forumu və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə Xaçmazda “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə QHT-lərin rolunun artırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə narkomaniyanın bütün dünyanı narahat edən problem olduğu qeyd edilib, ölkələrin və bir çox beynəlxalq təşkilatların bu bəlanın qarşının alınması istiqamətində işlər apardığı vurğulanıb. Bildirilib ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün maarifləndirməyə böyük ehtiyac var.
Dövlət komissiyası işçi qrupunun üzvü Şahin İsmayılov adıçəkilən Proqramın təsdiq olunmasının, onun əhəmiyyətini və mahiyyətini eləcə də belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, 2013-cü ildə respublika üzrə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2197 nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onlardan 56-sı xarici ölkələrin vətəndaşıdır. Ötən il narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 2744 fakt aşkarlanmış və bununla əlaqədar 1 ton 182 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” uğurla həyata keçirilir. QHT-lər də bu proqramın həyata keçirilməsində fəal iştirak edir və bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunması çox vacibdir. O, qeyd edib ki, vətəndaş cəmiyyəti, bələdiyyələr, dövlət qurumları, hüquq mühafizə orqanları ilə birgə əməkdaşlıq ölkədə və regionlarda narkomaniyanın qarşısının alınmasına töhfə ola bilər.
Bu cür tədbirin Şabran və Siyəzən rayonlarında da keçirilməsi nəzərdə tutulub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info