“Ən gözəl, ən möhtəşəm oyunlar Bakıda keçiriləcək”
Tarix: 05.03.2014 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


“Bütün idman cəmiyyətləri, idman sahəsində fəaliyyət göstərən bütün insanlar bütün fikirlərini, qüvvələrini 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəldib və bu iş davam edir”. “Palitra”nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə tam hazır olacaq: "Bizi 2015-ci ildə ən böyük, ən möhtəşəm bir tədbir olan ilk Bakı Avropa Oyunları gözləyir. Həqiqətən də inanırıq ki, gələn il həmin vaxt oyunları keçirməyə tam hazırlıqlı olacağıq və biz əminik ki, ən gözəl, ən möhtəşəm oyunlar Bakı şəhərində keçiriləcək". Qeyd edək ki, 5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günü kimi qeyd edilir. Bununla əlaqədar başda nazir Azad Rəhimov olmaqla Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info