İşlənmiş sürtkü yağları təkrar istifadə olunacaq
Tarix: 05.03.2014 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının təkrar istifadəsi istiqamətində elmi tədqiqatlara başlanılıb. İnstitutun direktoru, akademik V.Fərzəliyevin sözlərinə görə, respublikada avtomobil və digər texnikanın parkı ildən ilə sürətlə artır və bunlarda istifadə olunan sürtkü yağlarının kənara atılması ətraf mühütü çirkləndirməklə ekoloji gərginlik yaradır. Ona görə, müasir neft-kimya elminin qarşısında duran əsas məsələlərdən biri də həmin zərərin minimuma endirilməsidir. Bu nöqteyi nəzərdən ekoloji gərginliyi mümkün qədər azaltmaq üçün bir tərəfdən, sürtkü yağlarının keyfiyyətini xüsusi əlavələrlə -aşqarlarla yaxşılaşdıraraq onların işləmə müddətini artırmaq, digər tərəfdən isə, işlənmiş yağları regenerasiya (bərpa) edib yenidən istifadə etmək lazımdır”.
Akademik qeyd edir ki, İnstitutda işlənmiş yağlarının təkrar istifadəsini təmin etmək üçün yeni regenerasiya üsulu – texnoloji proses işlənmiş, alınan məhsullar əsasında aşqar kompozisiyası ilə əmtəə yağının analoqu yaradılıb. Müəyyən edilib ki, müxtəlif təyinatlı motor yağının yaradılmasında regenerasiya olunmuş yağlar baza yağı kimi istifadə edilə bilər. V.Fərzəliyev onu da qeyd etdi ki, bu istiqamətdə sistemli tədqiqatların davam etdirilməsi üçün YUNESKO və Rusiyanın aparıcı sənaye müəssisəsi “PhosAgro” arasında imzalanmış tərəfdaşlıq müqaviləsinə əsasən, sözügüedən qurumlar və İUPAC tərəfindən “yaşıl kimya” sahəsində çalışan gənc alimlər üçün elan edilən təqaüd proqramına yeni layihə təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info