Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyası açılıb
Tarix: 05.03.2014 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Martın 5-də Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib.
Açılış mərasimində məlumat verilib ki, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı evdə yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” 2011-ci il 13 dekabr tarixli Sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatını, yaradıcılığını və ictimai fəaliyyətini əks etdirir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
“TEDx konfransların ən əsas hədəf kütləsi gənclərdir”
23.04.2019
“Qayıqda düşünülməmiş hərəkətlər qəbuledilməzdir”
22.04.2019
Maria Suvorovskaya: “Bakı haqqında yazmaq və oxumaq istəyirəm“
22.04.2019
Dənizçi Rövşən Dəmirov: “Yarım saat dayanmadan gəmini güllələdilər”
18.04.2019
“Tələbə təqaüdümdən evə göndərməyə də pul çatır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info