Xaricdə təhsil alan məzunların 64%-i özəl sektorda çalışır
Tarix: 05.03.2014 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Azərbaycanda təhsil sektoruna ayrılan vəsaitlərin həcminin artırılması təmin edilib və 2013-cü ildə 1,53 milyard manata çatıb. Bu barədə Nazirlər Kabinetinin 2013-cü ilə dair hesabatında qeyd olunub. Məlumata görə, 300-ə qədər yeni ümumtəhsil məktəbi tikilib və əsaslı təmir olunub, 240 məktəb müasir tələblərə cavab verən 370 fizika, kimya və biologiya fənn laboratoriyaları ilə təmin olunub. Nazirlər Kabinetinin qərarı ilə ümumi təhsil müəssisələrini bitirən şagirdlərə attestat verilməsi barədə edilmiş dəyişiklərə əsasən, ötən dərs ilində XI sinfi bitirən 90 mindən çox məzunun hamısı attestat alaraq ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulda iştirak etmək hüququ qazanıb. Nəticədə 35 mindən artıq gənc ali məktəb tələbəsi adını qazanıb, 21 nəfər orta ixtisas təhsili müəssisələrinə, 15 min nəfər isə peşə məktəbləri və liseylərə qəbul olunub.
2012/2013-cü dərs ilinin yekunlarına görə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan 228 şagird qızıl, 23 şagird isə gümüş medala layiq görülüb. Məktəblilər beynəlxalq olimpiadalarda 2 gümüş və 5 bürünc medal qazanıb. Ötən il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədən ümumilikdə 1446 nəfər işə qəbul olunub. 2013-cü ildə 2527 nəfər müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərində işləmək üçün göndərilib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində ötən il 787 nəfər əcnəbi ölkələrin aparıcı universitetlərinə müxtəlif ixtisaslı sahələri üzrə göndərilib, Dövlət Proqramına əsasən 81 nəfər gənc məzun olub. Ümumilikdə dövlət proqramı çərçivəsində xaricdə təhsilini başa vurmuş 500-dən artıq məzunun müəyyən hissəsi təhsilini növbəti səviyyələrdə davam etdirir, digər hissəsi isə ölkəyə qayıdaraq dövlət (36%) və özəl (64%) sektorlarda çalışırlar. 2013-cü ildə ikitərəfli razılaşmalar və müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər hesabına bir sıra ölkələrin ali təhsil müəssisələrinin bakalavriat, magistratura, rezidentura və doktorantura səviyyələrində 607 nəfər təhsilini davam etdirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info