“Dienas bizness“:“Rusiyaya qarşı sanksiyalar Latviya üçün yeni iqtisadi böhrandır”
Tarix: 05.03.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


“Xoşumuza gəlsə də, gəlməsə də, Latviyanın limanları Rusiya yüklərinin hesabına yaşayır”

Latviyanın "Dienas bizness" media orqanı Rusiyaya qarşı ABŞ-ın və Qərbin tətbiq edə biləcəyi sanksiyalarla bağlı yazı yazıb. Müəllif Liva Melbarzde yazıda qeyd edir: “Bizim xoşumuza gəlsə də, gəlməsə də, Latviyanın limanları Rusiya yüklərinin hesabına yaşayır. Bundan başqa Rusiya bir milyard avrodan artıq qiyməti olan Latviya məhsullarının mövcudluğu üçün bazar rolunu oynayır. Bu məhsullar isə Avropa Birliyinə prinsipcə lazım deyil. Bu fakt isə Ukrayna məsələsində mövqe ortaya qoymaq üçün Latviyanı yubanmadan Rusiyaya qarşı sanksiyaya qoşulmağa çağıranlara tutarlı bir cavabdır. Ekstremal halda bu iş əsasən Rusiya bazarı üçün işləyən və çoxlu işçisi olan zavodların bağlanmasına səbəb olar. Bizim limanlarda isə yüklərin 60 faizi Rusiyaya aiddir və bununla biz, artıq çoxdandır Rusiya yüklərinin Rusiya limanlarından keçirilməsinin lazım gəldiyini deyən Rusiya Prezidenti Putinə xidmət göstərmiş olarıq. Söhbət ondan getmir ki, Latviya və bütün Avropa Birliyi Ukrayna məsləsində öz möhkəm mövqeyini ortaya qoymamalıdır. Amma məsələ orasındadır ki, bu barədə yığılan problemləri konstruktiv həll etmək lazımdır, bunu hiddətlə və hərbi yolla həll etmək olmaz. Ötən yüz illik tarix bizə belə öyrədir: Heç kimin müharibə istəməməsinə baxmayaraq, hər bir dövlət addım-addım müharibəyə doğru gedirdi, nəticədə Birinci Dünya müharibəsi baş verdi. İndi də heç kim müharibə istəmir, amma konfliktin astanasındadırlar.
Əgər Ukraynada hərbi əməliyyatlar başlayacaqsa, proqnozlaşdırmaq olar ki, Rusiya Ukrayna ordusuna qalib gələcək. Qərb ölkələri isə rəsmi şəkildə bu müharibədə iştirak etməyəcəklər. Bundan sonra Ukraynada döyüşçülər mübarizəni Çeçenistanda olduğu kimi davam etdirəcəklər. Amma bu zaman söhbət 45 milyon nəfərlik əhalisi olan böyük suveren dövlətdən gedir”.

“Rusiyanın yeni raketi sınaqdan keçirməsi ABŞ üçün gözlənilməz olmayıb”

Rusiyanın növbəti qitələrarası ballistik raketi sınaqdan keçirməsi Birləşmiş Ştatlar üçün gözlənilməz olmayıb. “Rosbalt” bu barədə bildirib. ABŞ əvvəlcədən Moskvadan bu barədə məlumat alıb. Bu barədə ABŞ administrasiyasının nümayəndəsi Rusiya Müdafiə Nazirliyinin “Topol” tipli raketi sınaqdan keçirməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O dəqiqləşdirib ki, Moskva Vaşinqtonu bu barədə planları barədə məlumatlandırıb. Bu məlumatlandırma isə strateji tipli silahlanma barədə sazişə əsasən aparılıb. ABŞ nümayəndəsinin sözlərinə görə, bu məlumatlandırma Ukrayna məsələsində iki dövlət arasında kəskin fikir ayrılıqları baş verməsindən öncə olub.
Qeyd edək ki, martın 4-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Astraxan vilayətində yerləşən “Kapustin Yar” poliqonunda “Topol” sınaqdan keçirilib. Bu sınaq qitələrarası ballistik raketlərin perspektiv döyüş qabiliyyətini yoxlamaq üçün keçirilib.



İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info