Xəzər rayonunda Gənclər Evinin açılışı olacaq
Tarix: 05.03.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına uyğun olaraq, Bakının Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında Gənclər Evinin tikintisi nəzərdə tutulub. Bakının Xəzər rayonda sabah açılışı gerçəkləşdiriləcək Gənclər Evi paytaxtda tikilməsi nəzərdə tutulan 5 Gənclər Evindən birincisidir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tədbirlər planına uyğun olaraq, eyni zamanda, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda Gənclər Evinin yaradılması nəzərdə tutulub. Ümumilikdə 2013-cü ilin sonuna qədər Gənclər evlərinin sayı 25-ə çatıb. Eyni zamanda, 2014-cü ildə daha 6 Gənclər Evinin açılışı nəzərdə tutulur.
Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman idarələrinin fəaliyyətinə yardım göstərilməsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info