Avropa Ukraynaya yardım vəd edir
Tarix: 05.03.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


“Avropa Komissiyası (AK) Ukraynaya 2017-ci ilədək Avropa İttifaqı (Aİ) ilə assosiasiyalar və azad ticarət haqqında saziş imzalamaq və Beynəlxalq Valyuta Fondunun bütün şərtlərinə əməl etmək şərti ilə 11 milyard avroyadək yardım vəd edir”. İTAR TASS-ın verdiyi məlumata görə, bu barədə AK-nın sədri Joze Manuel Barrozu Brüsseldə Avropanın Ukraynaya yardım paketini təqdim edərkən deyib. O, qeyd edib ki, bu vəsaitə Aİ büdcəsindən və Avropada yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla beynəlxalq maliyyə institutlarının kreditləri daxil olacaq.
Eləcə də paketə 1,6 milyard avro mikromaliyyə kreditləri daxil ediləcək ki, bundan 610 milyon avro yaxın vaxtlarda Aİ-nin büdcəsindən ayrıla bilər. J.M.Barrozu deyib: "Biz, həmçinin Ukraynanın qaz nəqli sisteminin modernləşdirilməsi və Avropadan qazın əks tranzitinin təminatı da daxil olmaqla enerji sektorunu dəstəkləyirik". O, həmçinin qeyd edib ki, Ukrayna ölkənin bütün sakinlərinin maraqlarını təmsil edən hökumət də yaratmalıdır.
Sədr eləcə də Krımda gərgin vəziyyətin ölkənin ərazi bütövlüyü çərçivəsində, sülh dialoqu yolu və beynəlxalq müşahidəçilərin iştirakı ilə dərhal aradan qaldırılmasına çağırıb.
Qeyd edək ki, fevralın 26-da səhər Krım Ali Şurasının binası qarşısında bir neçə min adam toplaşaraq mitinq keçirib. Krımda etiraz aksiyasının güclənməsindən sonra Federasiya Şurası Ukrayna ərazisində "bu ölkədə ictimai-siyasi vəziyyət normallaşanadək" RF Silahlı Qüvvələrindən istifadə olunması üçün Prezidentə icazə verib. Bununla əlaqədar Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Aİ-nin və Avropa Komissiyasının sədrləri birgə bəyanat yayaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini pisləyiblər və bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan "Böyük səkkizlik" sammitinə hazırlığı dayandırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info