Özəl pensiya fondları ilə bağlı qanunvericilik bazası hazırlanır
Tarix: 05.03.2014 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının fəaliyyətə başlaması üçün zəruri normativ-hüquqi bazanın hazırlanması ilə bağlı müvafiq layihənin icrasına başlanılıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
O, deyib ki, bu sənəd çərçivəsində müvafiq sahə ilə bağlı qanunvericiliyin hazırlanması, özəl pensiya fondlarında toplanan vəsaitlərin yerləşdirilməsi və buna nəzarət qaydaları, onların fəaliyyətinə nəzarət, bu qurumlar vasitəsilə özəl pensiyaların təyin olunması qaydalarının dövlət tərəfindən tənzimlənməsi mexanizmləri müəyyən ediləcək. DSMF sədri bildirib ki, layihədə özəl pensiya fondlarının fəaliyyəti, həmçinin dövlət pensiya təminatının yığım komponentinin yalnız könüllü sığorta əsasında reallaşdırılması qərara alınıb: “Digər mühüm məsələ bu gün toplanan sosial sığorta haqlarının vətəndaş pensiyaya çıxana qədər müəyyən bazar təsirlərindən qorunması, maliyyə bazarında dövr edilərək artırılması ilə bağlıdır. Buna ciddi təminat verilməlidir. İlk növbədə bunun üçün ciddi dövlət nəzarəti olmalıdır. Odur ki, bu kimi məsələlər həllini tapdıqdan sonra, özəl pensiya fondlarının normal fəaliyyətindən danışmaq mümkün olacaq. Hazırda təkmil qanunvericiliyin hazırlanması ilə bağlı gərgin iş gedir”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info