Əhalinin tibbi müayinəsi müasir mərkəzlərdə həyata keçirilir
Tarix: 05.03.2014 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası uğurla davam edir. Paytaxtla yanaşı, ölkənin müxtəlif bölgələrində həyata keçirilən tibbi müayinə prosesi Xətai rayonunda da reallaşıb.
Belə ki, rayonun 7 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi keçirilib. Sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılıb. Bu barədə martın 5-də rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov məlumat verib. O bildirib ki, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Komissiyanın gördüyü tədbirlər rayon sakinlərinin tibbi müayinə olmasının mütəşəkkilliyini təmin edib. Fevralın 17-dən indiyədək 46 min 372 rayon sakini hərtərəfli müayinə edilib. Onların 11 min 177 nəfərində müxtəlif xəstəliklər aşkarlanaraq ambulator, 96 nəfəri isə stasionar müalicəyə cəlb olunub.
Poliklinikanın baş həkimi Şəlalə Səfərova isə dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması baxımından böyük əhəmiyyəti olduğunu vurğulayıb. Qeyd edib ki, Prezidentin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Baş həkim dövlət proqramı çərçivəsində rəhbərlik etdiyi poliklinikanın da ən müasir avadanlıqlarla təchiz edildiyini və burada yüksək ixtisaslı həkimlərin çalışdığını diqqətə çatdırıb. Rayon sakini Aynur İsrafilova isə bütün müayinələrdən keçdiyini deyib: “Burada yaradılan şəraitdən, həkimlərin münasibətindən çox razı qaldım. Sovet dövründə bu cür yaraşıqlı, hər cür aparatlarla, tibbi cihazlarla təmin olunmuş poliklinika yox idi. Müstəqilliyimizin ilk illərində isə müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. İndi tək bizim rayonda yox, bütün respublikada tibb müəssisələri ya tikilərək, ya da əsaslı təmir olunaraq insanların ixtiyarına verilib. Bu gün Prezident İlham Əliyevin səhiyyəyə ayırdığı diqqət və qayğını hər birimiz öz həyatımızda hiss edirik. Bu aksiyanı isə dövlət başçısının əhalinin sağlamlığının qorunmasına diqqət və qayğısı kimi qiymətləndirirəm”. Qeyd edək ki, əhalinin icbari tibbi müayinədən keçməsi prosesi Zaqatala, Qazax, Tərtər, Yevlax və digər rayonlarda da davam etdirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli
26.03.2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info