“Sovetski” adlanan ərazidən köçmək sakinlərin özlərinə xeyirlidir
Tarix: 05.03.2014 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


“Sovetski” adlandırılan və şəhərin mərkəzi hissəsində yerləşən sahədəki köhnə binalarda yaşayan əhalinin köçürülməsi ilə bağlı məsələdən süni narazılıq mənəbəyi kimi istifadə etməyə çalışanlar istəklərinə çatmayacaqlar. Ən əsası ona görə ki, köçürülmə prosesi ilk növbədə elə orada yaşayan sakinlərin marağına xidmət edir.
Belə ki, şəhərin mərkəzi hissəsində yerləşən köhnə, heç bir şəraiti olmayan, rütubətli kiçik mənzillərdə yaşamaq sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Həmin ərazidə yaşayanların özləri də etiraf edirlər ki, darısqal küçələrdə yığılıb qalan zibil iyindən, evlərdəki rütubətdən nəfəs almaq mümkünsüz hala çevrilib. Küçələr çox darısqal olduğudan tez-tez yaranan tıxac problemini heç cür həll etmək mümkün deyil. Bir-birinin içinə keçmiş halda olan yöndəmsiz evlərin kanalizasiya sisteminin hansı vəziyyətdə olması ətrafdakı iydən də hiss edilir. Həmin ərazidə yaşayan insanların köçürülməsi onları belə ağır şəraitdə yaşamaqdan xilas edəcək. Dövlətin məqsədi həmin insanları o cür ağır şəraitdə yaşamaqdan xilas edərək daha yaxşı şəraitin olduğu mənzillərlə təmin etmək və həmin ərazidə abadlıq işləri həyata keçirmək, müasir infarstruktur, geniş və adab yol, yeraltı keçid, parklar yaratmaqdır. Həmin ərazidə hansısa biznes marağının həyata keçiriməsindən heç bir söhbət belə, gedə bilməz. Ərazidə heç bir biznes layihəsi həyata keçirilməyəcək. Müasir Bakının simasına çevrilən abad və geniş yollar, müasir yol qovşaqları, parklar, keçidlər paytaxtımızın dünyanın ən müasir şəhərlərindən biri kimi tanınmasına səbəb olub. Bu gün Bakıda dünya səviyyəli müasir infrastruktur yaradılır. Ölkəmiz gələn il Avropa Olimpiya Oyunları kimi çox böyük və dünya səviyyəli tədbirə ev sahibliyi edəcək. Möhtəşəm tədbiri izləmək üçün Azərbaycana minlərlə turistin gələcəyi gözlənilir. Müasir infrastrukturu ilə öyünən Bakının “Sovetski” adlandırılan ərazisi ümumi ansambla uyğun gəlirmi? Dövlətin əsas məqsədi həmin ərazidə yaşıllıq zonası, müasir yol infrastrukturu, parklar yaratmaqdır. Oradakı köhnə evlərdə yaşayanlara isə bazar şərtlərinə uyğun məbləğlər təklif edilir. Artıq çoxlu ailə, obyekt sahibləri banklardan pullarını götürməyə başlayıblar. Evlərini təklif olunan qiymətlərə satmaq istəyən ailələr müvafiq komissiyaya müraciət ediblər. Yəni, dövlətin təklifi “Sovetski” sakinlərinin də ürəyincədir. Sadəcə, sahəsi çox kiçik olan evlərdə yaşayan bəzi insanlar var ki, onlar məbləğdən narazıdırlar. Evlərinin sahəsi az olduğu üçün onlara təbii ki, az məbləğ düşür. Həmin şəxslərin də sayı çox azdır. Bütün proseslər dövlətin nəzarəti altındadır və orada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Evlərinin sahəsi kiçik olan mənzil sahibləri ilə bağlı məsələ də müzakirə edilir. Dövlət heç bir vətəndaşın hüquqlarının pozulmasına imkan vermir və verməyəcək də. Belə ki, həmin ərazidən köçüb getmək istəməyən sakinləri heç kim evindən məcburi qaydada çıxarmır. Köçüb getmək istəməyənlər əvvəlki qayadada evlərində yaşamağa davam edə bilərlər. Dövlətin məqsədi vətəndaşları incitmək yox, onlar üçün daha yaxşı həyat şəraiti, infrastruktur, yol, park yaratmaqdır. “Sovetski” adlanldırılan ərazidə başlanan bu prosesdə də əsas məqsəd həmin ərazini şəhərin ən gözəl məkanlarından birinə çevirmək, orada yaşayanlar üçün isə daha yaxşı mənzil şəraiti yaratmaqdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info