“Qeyri-qanuni dini fəaliyyətin qarşısını almaq üçün tədbirlər görülüb”
Tarix: 05.03.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Xaçmazda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Rayon İcra Hakimiyyətinin, ağsaqqalların, ziyalıların və dini icma nümayəndələrinin iştirakı ilə "Dini radikalizmlə mübarizə hər birimizin borcudur" mövzusunda konfrans keçirilib.(AzərTAC)
Tarix Diyarşünaslıq Muzeyində təşkil olunmuş konfransı giriş sözü ilə açan Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu icrası Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, ictimai-siyasi həyatın bütün istiqamətlərində böyük nailiyyətlər əldə olunmasına zəmin yaradıb.
Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək bildirib ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquq normalarına tam cavab verir. Dövlət və dini qurumlar arasındakı münasibətlər Azərbaycan Konstitusiyasının müvafiq müddəaları ilə, "Dini etiqad azadlığı haqqında" Qanun və digər normativ-hüquqi aktlarla tənzimlənir. Cinayət və İnzibati Xətalar məcəllələrində dini zəmində baş verə biləcək qanun pozuntusuna görə müvafiq məsuliyyət nəzərdə tutulub. Radikalyönümlü təriqətlər, sektalar, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlüyün təbliği, ölkədə ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər planı hazırlanaraq həyata keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qeyri-qanuni dini fəaliyyətin, separatçı və ekstremistyönümlü hərəkətlərin qarşısının alınması ilə əlaqədar bir sıra konkret tədbirlər görülüb.
Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında dini işlər üzrə komissiyanın sədri Yetkin Mehmanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndələri və digər şəxslər mövzu ətrafında çıxışlar ediblər.
Qeyd olunub ki, müxtəlif xalqların əsrlər boyu dinc və mehriban şəraitdə yaşadığı respublikamızın bütün bölgələrində olduğu kimi, Xaçmaz rayonunda da hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin edilib. Ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcək səviyyədə tolerant münasibət bəslənilir və bu, qorunub saxlanmalıdır




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info