“ABŞ-ın Ukraynadakı hadisələrdə əli olmayıb”
Tarix: 05.03.2014 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


ABŞ prezidenti Barak Obama bəyan edib ki, Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir. Bu barədə “RİA Novosti” xəbər yayıb. Obama Virciniyadakı şəxsi mülkündə seçkiqabağı ianə yığımı üzrə tədbirdə deyib:
"Ola bilsin ki, biz sonrakı bir neçə gün və ya həftə ərzində gərginliyin azalmasına nail ola bildik. Lakin bu, gərgin vəziyyətdir və biz buna çoxlu vaxt sərf edirik". ABŞ Prezidentinin sözlərini onun mətbuat xidməti yayıb. Bununla yanaşı, Obama Rusiyanı "Ukrayna xalqına güc metodu ilə təsir etmək" cəhdində günahlandırıb.
Eyni zamanda, ABŞ prezidenti Ali Radanın hakimiyyətdən kənarlaşdırdığı Viktor Yanukoviçin demokratik yolla seçildiyi faktı ilə razılaşıb. Lakin Obamanın sözlərinə görə, Ukraynada bir çoxları Yanukoviçin dövlət başçısı səlahiyyətlərini yaxşı icra etdiyini hesab etmirdilər. Obama bildirib ki, Birləşmiş Ştatların Ukraynadakı hadisələrin inkişafında birbaşa əli olmayıb: "Ukraynada böhran onun (Yanukoviçin) sazişi imzalamamaq qərarı ilə bağlı idi. Bu saziş ölkə iqtisadiyyatını azacıq Qərbə tərəf yönləndirə bilərdi. Bu, nəzarət altından çıxdı və biz ilkin olaraq ölkə daxilində zorakılığın qarşısının alınmasında iştirak etdik və buna nail olduq".




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info