Yüksək Texnologiyalar Parkı təlim kursları təşkil edir
Tarix: 06.03.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış" mövzularında təşkil olunacaq təlim kurslarında iştirak etməyə dəvət edir. Təlimlər biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının artımının dəstəklənməsinə yönələn proqramın bir hissəsi olaraq "YT Park" Azərbaycan tərəfindən təşkil edilib. Təlim kurslarının məqsədi Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə öz məhsullarının satışını və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etməkdir.
Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq. K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və 20-dən artıq ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini də həyata keçirmişdir.
Təlim kursları 2014-cü il 10 mart və 14-15 aprel tarixlərində Bakı şəhərində (Nizami küç., 203b, "AF Business House", 3-cü mərtəbə) keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
14.11.2018
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
14.11.2018
Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub
14.11.2018
“AzerGold” QSC qızıl hasilatını artırıb
14.11.2018
Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info