Həbsxanada qadağan olunmuş əşyalar aşkar edilib
Tarix: 06.03.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Bakı İstintaq təcridxanasında və Həbsxanada qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Elçin Arif oğlu Abdullayevin saxlandığı kameraya və üzərinə baxış keçirilib.
Baxış zamanı onun yatdığı çarpayının üstündəki döşəyin altında gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və 1(bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb. Qeyd edək ki, Elçin Abdullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Murad Hamlet oğlu Məmmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Murad Məmmədov Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info