AzTU-da elektron təhsil sisteminin tətbiqinə başlanılıb
Tarix: 06.03.2014 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Martın 6-da Azərbaycan Texniki Universitetində (AzTU) “Elektron təhsil sisteminin yaradılması” layihəsi başa çatdırılmış və onun tətbiqinə başlanılıb.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, layihəni Koreya Respublikası Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) mütəxəssisləri və AzTU-nun nümayəndələri birlikdə işləyib hazırlayıblar.
Layihənin başa çatması münasibətilə keçirilən tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı elektron təhsil sisteminin əhəmiyyəti və üstünlükləri barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, bu sistem təhsilin səmərəsini yüksəltməyə, tədris prosesində şəffaflığın təmin olunmasına, tələbələrin dərsə davamiyyətinə nəzarəti gücləndirməyə, ümumiyyətlə, mənfi halların aradan qaldırılmasına kömək edəcək.
Vurğulanıb ki, tələbələr onların hər birinə aid kodlar vasitəsilə sistemə daxil olaraq təhsil prosesi ilə bağlı bütün göstəricilər barədə məlumat əldə edə biləcəklər.
Toplantıda elektron təhsil sisteminə daxil olmaq və zəruri məlumatları almaq qaydaları barədə tələbələrə ətraflı məlumat verilib.
Tədbirdə tələbələrin elektron təhsil sistemindən düzgün istifadə olunması qaydaları barədə sualları cavablandırılıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info