Bakıda yeni Gənclər Evi açıldı
Tarix: 06.03.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Bu gün Bakının Xəzər rayonunda yeni Gənclər Evinin açılış mərasimi keçirilib. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər gənclər sektorundan olan nümayəndələr iştirak ediblər. Mərasimdə çıxış edən A.Rəhimov bildirib ki, bu gün Xəzər rayonunun gənclərinin bayramıdır, çünki onlar üçün əsas olan mənzil-qərargah açılır: "Çünki onlar bu Gənclər Evində müxtəlif tədbirlər həyata keçirə bilərlər. Yəni, gənclər üçün bu gün imkanlar daha da genişlənir. Bu Gənclər Evi Bakıda açılması nəzərdə tutulan 5 Gənclər Evinin birincisi, respublika üzrə isə 25-cidir. Zaman keçdikcə gənclər üçün maddi-texniki baza gücləndirilir. Ölkə başçısı cənab İlham Əliyev gənclərlə dəfələrlə görüşlər keçirib. Cənab Prezident gənclərə böyük dəstək verir. Həmçinin gənclərin bütün problemləri ilə maraqlanır. Ölkə başçısının tapşırığı ilə Gənclər evlərinin yaradılması həmin dəstəyin sübutudur. Biz bunu hiss etməli və gənclər siyasətini həyata keçirməliyik".
Nazir vurğulayıb ki, "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına uyğun olaraq, Binəqədi, Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında da Gənclər Evinin tikintisi nəzərdə tutulub: "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın tədbirlər planına uyğun olaraq, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda da Gənclər Evinin yaradılması nəzərdə tutulub. Ümumilikdə 2013-cü ilin sonuna qədər Gənclər evlərinin sayı 25-ə çatıb. Eyni zamanda, 2014-cü ildə daha 6 Gənclər Evinin açılışı planlaşdırılır". Qeyd edək ki, Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxsiyyət kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman idarələrinin fəaliyyətinə yardım göstərilməsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info