Özbəkistan ABŞ təyyarələri üçün baza təklif edir?
Tarix: 06.03.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Özbəkistan Pentaqonla Amerika Birləşmiş Ştatlarının pilotsuz təyyarələrini ərazisində baza ilə təmin etmək üçün sövdələşməyə gedə bilər. Uçan aparatlar (PUA) yerləşdirilməsi onların aerodromlarından təmin edilə bilər. Bunu Rusiyanın Strateji Mədəniyyət Fondunun köşə yazarı Dmitri Popov açıqlayıb. Onun sözlərinə görə, ötən ayın ortalarında “Los Angeles Times” nəşrində məqalə dərc edilib.
Məqalədə Obama administrasiyasının Orta Asiyada hava bazasının yerləşdirilməsi ilə bağlı fikirləri öz əksini tapıb. Bildirilir ki, bazanın məqsədi Şimali Pakistan və Əfqanıstanda hava hücumları, döyüş funksiyaları yerinə yetirəcək. Belə ki, əgər Kabul Əfqanıstanda yerləşən Amerika Birləşmiş Ştatlarının hərbi qurğuları ilə əlaqədar razılığa gəlməsə, bu proqram qüvvəyə minəcək.
Strateji Mədəniyyət Fondu Orta Asiyada xüsusi ölkə barədə danışmasa da, bu ölkələrin Özbəkistan və ya Tacikistan ola biləcəyini ehtimal edir. Onların nəticələrinə görə, çox güman ki, bu ölkə Özbəkistan ola bilər.
Popov qeyd edir ki, ABŞ pilotsuz təyyarələrinin texniki və taktiki xüsusiyyətləri Qazaxıstan və ya Qırğızıstan aerodromları üçün münasib deyil. Ekspertlərin fikrincə, nəzəri cəhətdən bu, Tacikistan da ola bilər. Belə ki, bu ilin əvvəllərində ABŞ Mərkəzi Komandanlığının komandiri Mikael Nagata Düşənbəni ziyarət edib. Lakin, ekspertlər danışıqların Pentaqonun lehinə nəticələnə biləcəyinə şübhə edirlər. Çünki Tacikistan hərbi modernləşdirmə və silahlanma sahəsində Rusiya ilə əməkdaşlığa üstünlük verir. Bu mövzuda Vaşinqton üçün daha perspektivli Daşkənd ola bilər. Belə ki, 2005-ci ildə ABŞ-ın Xanabad hava bazası ölkədən çıxarıldıqdan sonra da, Amerika silahlı qüvvələrinin pilotsuz təyyarələri Özbəkistan ərazisindən istifadə edib. Bu gün Özbəkistan regionda ABŞ-ın əsas hərbi və siyasi tərəfdaşı kimi, Əfqanıstandan çıxarılan hərbi silah hissəsini qəbul etməyə hazırdır.
Bu qənaətdə olan Strateji Mədəniyyət Fondu Türkmənistan mövzusuna da toxunub: «Türkmənistan rəhbərliyi xarici hərbi obyektlərin öz ərazisində yerləşdirilməsinə mənfi mövqeyini bəyan etdiyini nəzərə çatdıraraq qeyd edir ki, bu addım son illər hərbi tərəfdaşlıq edən Türkmənistan və İran arasında münasibətlərə son qoya bilər».
Qeyd edək ki, iki il öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan xarici qoşun və infrastrukturların ərazilərində yerləşdirilməsini qadağan edən protokola imza atıblar.
Beləliklə, bütün ehtimallar Özbəkistan üzərində cəmlənir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info