“British Airways”dən Novruz güzəştləri
Tarix: 06.03.2014 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“British Airways” aviaşirkəti azərbaycanlı sərnişinlər üçün Novruz bayramı ərəfəsində xüsusi kampaniya keçirir. Aviaşirkətin Bakı nümayəndəliyindən bildiriblər ki, kampaniya sərnişinlərə Avropaya, ABŞ-a və Kanadaya güzəştli tariflərlə səyahət etmək imkanı verir.
Güzəştli uçuş tarifləri 2014-cü il martın 10-dək alınan biletlərə aiddir. Xüsusi təklif “Club World”, “World Traveller Plus” və “World Traveller” siniflərinə və iyulun 31-dək nəzərdə tutulan səyahətlərə şamil olunur. Biletlərin qiyməti Böyük Britaniyaya 478 avrodan, Avropaya 473 avrodan, ABŞ və Kanadaya isə 743 avrodan başlayır. “British Airways” Azərbaycandan Londona həftədə 6 dəfə uçuş həyata keçirir. Bundan əlavə, kampaniya çərçivəsində daha uzaq istiqamətlərə səyahət edən sərnişinlərə London şəhərində bir və iki günlük gəzinti imkanları təklif olunur. “British Airways”in uçuşlarının cədvəli ilə “ba.com” saytında tanış olmaq mümkündür. Qeyd edək ki, yay mövsümində “British Airways” həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info