Hicran Hüseynova Göyçayda vətəndaşları qəbul edib
Tarix: 07.03.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
Növbəti belə qəbul Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göyçay, Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda 60-a yaxın vətəndaş iştirak etmişdir. Müraciətlər əsasən uşaqların övladlığa verilməsi, əlil uşaqların müalicəsi və əlil arabaları ilə təminatı, qızların təhsildən yayınması, erkən nikah və boşanmaların yaratdığı problemlər, həmçinin qadın sahibkarlara dəstək məsələləri ilə əlaqədar olub.
Qadınların işlə təminatı, sağlamlıq, təhsil, yaşayış şəraitinin yaxşılaşdırılması, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də edilib. Qəbul zamanı müraciətlərin bir çoxu yerindəcə həllini tapmışdır. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info