Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub
Tarix: 07.03.2014 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru, professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi Andrey Pritıko qarşılayıb. O, 1995-ci ildə yaradılmış mərkəzin işindən danışıb və qeyd edib ki, ETM dövlət səhiyyə müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi var. Mərkəzin bir çox mütəxəssisləri müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini gələcək həkimlərə öyrədirlər.
Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış olub, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzib. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan uşaqlarla və onların valideynləri ilə söhbət edib. Hər bir şöbənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları barədə məlumat verib. Uşaqların hər birinə Heydər Əliyev Fondu adından hədiyyələr paylanıb. Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim olunub. Onlar qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil alıblar. Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olub. Elmi-Təcrübə Mərkəzinin direktoru A.Pritıko qeyd edib ki, bizim mərkəzdə müalicə olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda həyata keçirilən "Diabet xəstəsi olan uşaqlara daha çox qayğı" proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyətindən danışıb. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi əlamətdar günlər və bayramlar ərəfəsində Elmi-Təcrübə Mərkəzində müalicə olunan uşaqları təbrik edir, onlara oyuncaq və şirniyyat verir, mərkəzə isə məişət texnikası bağışlayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info