“Regionda intellektual hərəkatın təbliği”
Tarix: 07.03.2014 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Regionda intellektual hərəkatın təbliği” layihəsi çərçivəsində növbəti seçim turu Ağcabədi şəhərində keçirilib.
Tur Ağcabədi rayon İcra Hakimiyyəti, gənclər və idman idarəsi, təhsil şöbəsi, gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional filialı, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi, “MİL” İntellektual Klubunun birgə təşkilatçılığı ilə reallaşıb.
Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzində keçirilən seçim turunda 13 komanda iştirak edib. Yarış “Xəmsə” intellektual oyun növü üzrə keçirilib. Ən yüksək nəticə göstərmiş Ağcabədi Pedaqoji Kollecinin “Düşüncə” və bu şəhərdəki 4 nömrəli orta məktəbin “Elit” komandaları növbəti mərhələdə iştirak etmək üçün vəsiqə qazanıblar.
Layihə Beyləqan ilə yanaşı, Ağcabədi, Xocavənd və Füzuli rayonlarını da əhatə edəcək.
Layihə çərçivəsində hər rayonda “Nə? Harada? Nə vaxt?” və “Xəmsə” intellektual oyun növləri üzrə yarışlar keçiriləcək. İlk iki yerin qalibi olmuş komandalar Beyləqanda təşkil ediləcək finalda - “Gənclik” kuboku uğrunda oynamaq şansı qazanacaqlar.
İntellektual oyunların keçirilməsinin əsas məqsədi region gəncləri arasında müxtəlif intellektual yarışlar təşkil etməklə onlarda cəld və düzgün qərar qəbuletmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info