Gənclər üçün “Ustad dərsləri” keçiriləcək
Tarix: 07.03.2014 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər üçün ustad dərsləri: Bədii Fotoqrafiya və Fotobərpa” adlı layihə həyata keçirilir. Müasir dövrümüzdə fotoqrafiya ilə demək olar ki, hər kəs məşğul olur. Layihənin ideyası ondan ibarətdir ki, bu sahəyə marağı olan gənclər bu işlə daha peşəkar səviyyədə məşğul olsunlar, həvəskar fotoqrafiyadan bədii fotoqrafiyaya keçid edib öz fəaliyyət sahələrində bundan daha səmərəli istifadə etsinlər. Eyni zamanda, tariximizi və keçmişimizi əks etdirən elə köhnə fotolar vardir ki, hazırda bərpaya ehtiyacı var və onlar haqqında heç kimin məlumatı yoxdur. Mütəxəssislər tərəfindən keçirilmiş təlimlərin nəticəsi olaraq iştirakçılar bu tip şəkilləri taparaq bərpa edib sərgiyə nümayiş üçün təqdim edəcəklər. Köhnəlmiş kadrlardan boylanan Azərbaycanı gənclərimiz yenidən özləri üçün kəşf edəcəklər. Layihənin rəhbəri gənc fotobərpa üzrə mütəxəssis Zəka Babazadə qəzetimizə bildirib ki, əsas məqsədi gənclərin fotoqrafiya ilə daha peşəkar və səmərəli məşgul olmasına nail olmaqdır.
100 gənci əhatə edəcək layihədə ilkin olaraq bədii fotoqrafiya və fotobərpa təlimləri haqqında elan veriləcək və iştirakçılar seçiləcək. Seçim zamanı iştirakçının gələcəkdə təlimlərdən aldığı biliklərdən səmərəli istifadə imkanları nəzərə alınacaq. Daha sonra bədii fotoqrafiya və fotobərpa üzrə mütəxəssislər tərəfindən iştirakçılara ustad dərsləri veriləcək, onlar praktiki məşğələlərə cəlb olunacaqlar. Təlim keçirildikdən sonra iştirak edən gənclər yeni fotolar çəkməklə yanaşı, Azərbaycanın tarixini əks etdirən köhnə fotoları toplayacaqlar. Həmin fotoları bərpa etdikdən sonra yeni və bərpa olunmuş köhnə fotoları müsabiqədə iştirak etmək üçün təqdim edəcəklər. Layihə bitdikdən sonra toplanmış fotolardan ibarət sərgi təşkil olunacaq və online fotoarxiv yaradılacaq. Bununla da gənclərin fotoqrafiya ilə daha peşəkar və səmərəli məşgul olmasına nail olunacaq. Məhv olmaq təhlükəsi qarşısında olan fotoların bir qismi bərpa olunacaq və online resurs yaradılacaq. Davamlı olaraq mühüm əhəmiyyətli fotoları bərpa edəcək mütəxəssislər yetişəcək.
Layihənin sonunda fərqlənən iştirakçılar diplom, sertifikat və müxtəlif hədiyyələr ilə təltif olunacaqlar. 4 ay müddətində davam edəcək layihənin ilkin mərhələsi iştirakçıların seçilməsi və qruplara bölünməsidir. Layihə çərçivəsində keçiriləcək bütün təlim və tədbirlər ödənişsizdir.
Layihədə iştirak etmək istəyən gənclər (14-29 yaş arası) ərizə formasını (docs.google.com/forms/d/13Fs0q74lAqRhIPGXRBelx6GtxRbnkqDzaODwz25JCCs/viewform) doldurmaqla müraciət edə bilərlər.
Son qeydiyyat tarixi 04.04.2014 saat 18:00

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info