Sahibə Qafarova AŞPA-nın alt komitəsinin sədri seçilib
Tarix: 07.03.2014 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova adıçəkilən qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanada səfərdə olub. Toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, rasizm və tolerantlıq, əlillərin hüquqlarının təmin olunması və onlara qarşı diskriminasiyanın aradan qaldırılması, Avropada gender bərabərliyi və digər məsələlər haqqında müzakirələr aparılıb. İclasda çıxış edən S.Qafarova Azərbaycanda mövcud olan tolerantlıq mühitindən, multikulturalizm və gender məsələləri barədə ətraflı məlumat verib.
Millət vəkili bildirib ki, Azərbaycan bir çox dinlərin, fərqli millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış şəraitində yaşadığı tolerant ölkədir.
S.Qafarovanın sözlərinə görə, ölkəmizdə dinindən, irqindən, milliyyətindən, sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir və Azərbaycan dövləti hər bir vətəndaşın bütün hüquqlarını yüksək səviyyədə təmin edir.
İclasda, həmçinin S.Qafarova 47 ölkənin nümayəndələri arasından AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Gender bərabərliyi üzrə alt komitəsinin sədri seçilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info