“Şahdəniz-2“-də investisiyaların gündəlik həcmi 30 milyon dollar olacaq
Tarix: 07.03.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində reallaşdırılan layihələrin pik dövründə investisiyaların gündəlik həcmi 30 milyon dollar təşkil edəcək. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell Xəzər Universitetində keçirilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində Avropaya qaz nəqlinin təmin olunması prosesində platformaların, sualtı infrastrukturların tikintisi ilə yanaşı, Səngəçal terminalının, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisi də nəzərdə tutulur. Prezidentin sözlərinə görə, göstərilən layihələr çərçivəsində işlərin maksimum və pik həddi 2016-2017-ci illərə düşür. Q.Birrellin dediyi kimi, "Şahdəniz-2" layihəsi çərçivəsində bütün layihələrin reallaşdırılmasının pik dövründə xərclərin ümumi həcmindən gün ərzində 15 milyon dollar BP-nin operatoru olduğu layihələrin payına düşür.
Qeyd edək ki, "Şahdəniz" konsorsiumu "Mərhələ 2"-nin işlənməsi üçün yekun investisiya qərarını dekabrın 17-də elan etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.
Qeyd edək ki, "Şahdəniz-2" layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. "Şahdəniz-2" layihəsinin "Mərhələ 1"-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
"Şahdəniz" qazı Türkiyə ərazisində TANAP, Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə TAP vasitəsilə nəql ediləcək.
Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info