Gömrük Komitəsi Gürcüstan Vergi Xidməti ilə konfrans keçirəcək
Tarix: 07.03.2014 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Martın 17-18-də Tbilisidə (Gürcüstan) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu ölkələri gömrük orqanları rəhbərlərinin konfransı keçiriləcək. “Palitra”nın məlumatına görə, beynəlxalq konfrans Azərbaycan Gömrük Komitəsi və Gürcüstan Vergi Xidməti (Vergi və Gömrük Administrasiyası – Sərhəd Nəzarət Xidməti) tərəfindən təşkil olunacaq. Konfransda açılış nitqi ilə Gürcüstanın maliyyə naziri Nodar Xaduri və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyev iştirak edəcəklər.
Həmçinin, konfransda ÜGT-nin baş katibi Kunio Mikuriya, İrlandiya Gömrük Administrasiyasının baş direktoru Cozefin Fili, Norveç Gömrük və Aksiz İdarəsinin baş direktoru Byorn Gül, Avropa Birliyinin Ümumi Vergilər və Gömrük Komitəsinin rəhbəri Suzann Yakobsen və Böyük Britaniyanın gəlir və gömrük məsələləri üzrə direktoru Bill Villiamson iştirak edəcəklər.
Bundan başqa, konfransa Azərbaycanın Belçikadakı səfirliyinin gömrük attaşesi Daşqın Əliyev, Almaniya Federal Maliyyə İdarəsinin beynəlxalq gömrük münasibətləri üzrə müavini Volfqan Horniq və ÜGT-nin Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Vitali Mikeladze və digər qonaqlar qatılacaqlar. İki gün davam edəcək konfransın ikinci günündə Gürcüstanda Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu gömrük rəhbərlərinin 2015-ci ildə baş tutacaq növbəti konfransının tarixi və keçiriləcəyi yer seçiləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info