Təhsil müəssisələrinə lisenziyaların verilməsi proseduru sadələşdirilib
Tarix: 07.03.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi fiziki və hüquqi şəxslərə təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziyaların verilməsi prosedurunu sadələşdirib. Nazirliyin məlumatına görə, əvvəllər lisenziyanın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə prosedurlar mövcud idi ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu.
Təhsil Nazirliyinin 05.12.2013-cü il tarixli, 908 nömrəli əmrinə əsasən isə təhsil müəssisələrinə lisenziya verilməsi ilə bağlı xüsusi ekspert qrupu yaradılıb. Həmin qrup təhsil müəssisələrinə lisenziya verilməsi ilə bağlı daxil olan müraciətlərə obyektiv baxılması, müəssisənin lisenziyanın verilməsi şərtlərinə cavab verib-verməməsinin araşdırılması, o cümlədən tədris üçün yaradılmış şəraitin yerində öyrənilməsi, maddi-texniki bazasının dövlət standartlarının tələblərinə uyğunluğunun və pedaqoji kadrların akademik səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə təşkil edilib. Nazirlikdən deyilib ki, lisenziya almaq üçün daxil olmuş hər bir müraciət artıq əlavə vaxt itkisinə yol verilmədən sözügedən qrup tərəfindən öyrənilir. Ekspert qrupu müsbət nəticəyə gələrsə, təhsil müəssisəsinə lisenziya verilməsi barədə qərar qəbul edir. Hazırda Azərbaycanda lisenziya əsasında 52 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycandakı özəl ali məktəblərin sayı isə 15-dir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info