AMEA üzrə e-mail və mobil məlumatlandırma sistemləri yaradılır
Tarix: 07.03.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə korporativ e-mail və mobil (sms) məlumatlandırma sistemlərinin yaradılmasına dair işlər aparılır. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, “AMEA Rəyasət Heyəti Mərkəzi aparatının informasiyalaşdırılması üzrə Fəaliyyət planı”nda AMEA üzrə korporativ e-mail sisteminin yaradılması nəzərdə tutulub. Tapşırılmış işlərin icrasının cari vəziyyəti ilə bağlı AMEA Rəyasət Heyətində AMEA-nın akademik-katibi və müxbir üzvü Rasim Əliquliyevin rəhbərliyi ilə müşavirə keçirilib. Tədbirdə AMEA-nın Rəyasət Heyəti Mərkəzi aparatının struktur bölmələri, elmi bölmələri, elmi müəssisə və təşkilatlarının, həmçinin məsul şəxslərin vahid unifikasiya olunmuş rəsmi e-poçt ünvanları müəyyən olunub. AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov e-poçt ünvanlarının domen adlarının science.az domen adı altında yaradılacağını bildirib. Əməkdaşların köhnə e-ünvanları isə mail-serverdə qurulan proqramın köməyi ilə yeni ünvana transfer olunacaq. Həm e-mail, həm də sms məlumatlandırma sistemi ilə bildirişlərin eyni zamanda 100 nəfərə qədər göndərilməsi, bildirişlərin avtomatik olaraq qabaqcadan müəyyən edilmiş tarixdə və vaxtda göndərilməsi, məlumatların qəbulu barədə sistemdə real rejimdə hesabat imkanları və s. mümkün olacaq. E-mail və mobil məlumatlandırma sistemləri yaxın vaxtlarda istismara veriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info