Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib
Tarix: 07.03.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir.
Martın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsindən olan vətəndaşları qəbul edib. Komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarından olan 50-yə yaxın sakinin müraciəti dinlənilib.
Vətəndaşların müraciətləri əsasən torpaq islahatı zamanı bəzi pay torpaqlarının bölüşdürülməsi, həyətyanı sahələrin, o cümlədən yaşayış massivinin meşə fondu ərazilərinə düşməsi, torpaq islahatı ilə bağlı müvafiq sənədlər tərtib edilərkən müəyyən texniki qüsurlara yol verilməsi və torpaqla bağlı digər məsələlərə aid olub.
Müraciətlərdə qaldırılan məsələlər bilavasitə komitəyə aid olduğu hallarda, mütəxəssislər tərəfindən yerlərdə ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.
Müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb edən müraciətlər isə qeydiyyata götürülərək aidiyyəti qurumlara göndərilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info