Kiyevdə müxalifətçi və polis eyni silahla öldürülüb
Tarix: 07.03.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Estoniya Xarici İşlər Nazirliyi internetdə yayılan məlum səsyazısının həqiqi olduğunu təsdiqləyib. Estoniya xarici siyasət idarəsi nazir Urmas Paeta ilə Avropa İttifaqının komissarı Ketrin Eşton arasında Ukraynada baş verən hadisələrlə bağlı telefon danışığının olduğunu təsdiqləyib. Telefon danışığı Paetanın Kiyevə səfərindən sonra baş tutub.
Səs yazısında hər iki Avropa siyasətçisi Ukrayna olayları haqda danışır, öz təəssüratlarını bölüşürlər. Urmas Paeta söhbət zamanı xatırladır ki, Kiyevdə insanlara atəş açan snayperlər Avromaydan liderləri tərəfindən muzdla tutulmuş adamlar olub. Paetanın sözlərinə görə, ona göstərilən bütün dəlil-sübutlar da sübut edir ki, Kiyevdə həm etirazçıları, həm də hüquq-mühafizə orqanları əməkdaşlarını öldürənlər eyni snayperlər olub: “Çox narahatam ki, Ukraynadakı yeni koalisiya bu hadisələri araşdırmaq istəmir. İndi bütün çılpaqlığı ilə aydın olur ki, bütün bu snayperlərin arxasında Yanukoviç yox, yeni koalisiyadan kimsə dayanırmış”. Paeta narahatlığını ifadə edib ki, “əgər bu əhvalat yayılsa, onda Ukraynadakı yeni koalisiya dərhal gözdən düşəcək”. Nazir hələlik telefon danışığı ilə bağlı şərh vermək istəmir. “Çox təəssüf edirəm ki, belə bir dinləmə olub. Telefon danışığının internetdə indi yayılması da təsadüfi deyil” - deyə Paeta bildirib. Xatırladaq ki, Türkiyədə də 80-ci illərdə yaranmış məlum siyasi böhran zamanı eyni silahla bir gün sağçı olan vətəndaşı, digər gündə isə solçunu öldürmüşdülər. Çox güman ki, bu, qarşıdurma yaratmağın köhnə metodudur.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info