İrəvanda keçirilən etiraz aksiyası zamanı bir nəfər özünü yandırmağa cəhd edib. “Novosti-Armenia” agentliyinin verdiyi məlumata görə, “Mən əleyhinəyəm” təşəbbüs qrupunun fəallarının təşkil etdiyi aksiya Ermənistan Maliyyə Nazirliyinin binası qarşısında keçirilir.
Aksiyada 100-dək adam iştirak edir.67 yaşlı Ermənistan vətəndaşı üstünə benzin tökərək od vurub. O bu addımı ağır sosial durumu ilə əsaslandırıb. Aksiya iştirakçısının özünü yandırmaq cəhdinin qarşısı alınıb və o, polis idarəsinə aparılıb.
Tural
|