Balakəndə əhalinin tibbi müayinəsi mütəşəkkil surətdə davam edir
Tarix: 07.03.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Balakən rayonunda da mütəşəkkil surətdə davam edir.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova bildirib ki, fevralın 17-dən davam edən aksiya çərçivəsində 20 mindən artıq rayon sakini müayinədən keçmişdir. Rayon Mərkəzi Xəstəxanasında, həmçinin Qabaqçöl qəsəbə xəstəxanasında və kənd həkim məntəqələrində aksiyanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Həkim briqadaları səhər saatlarından axşamadək sakinləri müayinədən keçirir, xəstəlik aşkar olunduqda müalicə təyin edirlər. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar ucqar kəndlərdə yaşayan, xəstəxanalara getmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərirlər.
Əhalinin daha çox üz tutduğu Rayon Mərkəzi Xəstəxanası bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Dilbər Quliyeva bildirmişdir ki, hazırda rayonun ucqar yaşayış məntəqələrindən olan Mazımçay, Qazma və Salban kəndlərində 3 səyyar həkim briqadası işləyir. Aksiyaya başlandığı gündən indiyədək müayinə edilən sakinlərin 1436 nəfəri ambulator, 111 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Bundan əlavə, 62 nəfər sakin daha geniş müalicə almaq üçün paytaxtın tibb müəssisələrinə göndərilib.
Tibbi müayinələr kənd həkim məntəqələrində də yüksək səviyyədə təşkil olunub. Katex kənd həkim məntəqəsinin baş həkimi Firuzə Şibliyeva bildirib ki, aksiya çərçivəsində kəndin 18 yaşdan yuxarı 6 minədək sakininin müayinədən keçirilməsi nəzərdə tutulub. Artıq 2674 sakin tibbi müayinəyə cəlb olunub.
Bütün ölkə əhalisi kimi, balakənlilər də insanların sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı çox yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info