II Bahar Gənclik Festivalı keçiriləcək
Tarix: 07.03.2014 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


ADA Universitetində "Coca-Cola" ilə əməkdaşlıq çərçivəsində II Bahar Gənclik Festivalı keçiriləcək.
“Palitra”nın ADA Universitetinin Kommunikasiya Departamentinə istinadən verdiyi məlumata görə, Azərbaycanda artıq iki ildir ki, ADA Universiteti və "Coca-Cola ilə" əməkdaşlıq çərçivəsində qeyd edilən Bahar Gənclik Festivalı yel çərşənbəsinə təsadüf edir. Gənclər arasında adət-ənənələrin təbliğ edilməsi, kökləri çox qədimlərə söykənən bu dəyərlərin unudulmaması və qorunaraq gələcək nəsillərə ötürülməsini qarşısına məqsəd qoyan bu festival bu il 11 mart tarixində ADA Universitetində baş tutacaq. Mindən çox şagird və tələbə festival çərçivəsində Novruz süfrəsi ilə tanış olacaq, milli sənət nümunələrinin göstərildiyi sərgi ilə tanış olacaq, konsertə qulaq asmaq imkanı əldə edəcək.
Noruz bayramı Azərbaycan, İran, Əfqanıstan, Tacikistan və bir sıra Şərq ölkələrində qədim zamanlardan başlayaraq baharın gəlişini, təbiətin oyanmasını simvolizə edən qədim bir xalq bayramıdır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdi.
Azərbaycanda Novruza hazırlıq bayrama bir ay qalmış başlayır. Belə ki, bayrama qədər dörd çərşənbə qeyd edilir. Bunlar, su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsidir. Yazın gəlişinə qədər təbiətin əsas dörd ünsüründən birinin oyanmasını, canlanmasını simvolizə edən çərşənbələr baharın müjdəçisi hesab olunur.
Hər bir xalqın özünəməxsus milli, etnik çalarlarla qeyd etdiyi bu bayram Azərbaycanın adət-ənənələrinin ən önəmli hissələrindən birini təşkil edir. Papaq atmaq, süfrə bəzəmək, yumurta boyamaq və döyüşdürmək, səməni göyərtmək, xonça hazırlamaq, tonqal qalamaq, qohum-əqrəbaların bir-birinə qonaq getməsi, küsülülərin barışması və bu kimi bir sıra adət-ənənələr Novruzu xalqımızın ən sevimli bayramlarından birinə çevirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info